48 saat əvvəl sifariş, 18 karatlıq qızıl qaşıqla servis ... - Status simvolu qida

Bu gün, 07:34           
48 saat əvvəl sifariş, 18 karatlıq qızıl qaşıqla servis ... -
Nyu-Yorkun məşhur “Serendipity 3” restoranı dünyanın ən bahalı desertlərindən biri ilə tanınır.

Valyuta.az xəbər verir ki, “Golden Opulence Sundae” adlı bu lüks dondurma 2004-cü ildən etibarən “Guinness Rekordlar Kitabı”na daxil edilib və bu gün də öz statusunu qorumaqdadır.

Hazırda bu desertin qiyməti 1 000 ABŞ dolları (təxminən 1 700 manat) təşkil edir. Qeyd edək ki, sifariş vermək üçün minimum 48 saat əvvəlcədən xəbərdarlıq tələb olunur. Dondurma yalnız seçilmiş müştərilər üçün hazırlanır və bu, məhsulun nadirliyini daha da artırır.

“Golden Opulence Sundae” özündə dünyanın ən nadir və bahalı qida məhsullarını birləşdirir. Tərkibində Tahiti və Madaqaskar vanilindən hazırlanmış üç top dondurma, 23 karatlıq yeyilə bilən qızıl yarpaqları, İtaliyadan gətirilən “Amedei Porcelana” şokoladı, nadir “Chuao” kakao növü və Parisdən gətirilmiş lüks meyvələr yer alır.

Desert “Baccarat” kristal qablarda təqdim olunur. Üstəlik, 18 karatlıq qızıl qaşıqla servis edilir (qaşıq ayrıca ödənişlidir).

Restoran rəsmilərinin bildirdiyinə görə, bu desert ayda orta hesabla bir dəfə satılır. Az sayda satılması onun eksklüzivliyini qoruyur və brendin premium imicinə dəstək olur. “Golden Opulence Sundae” yalnız dad baxımından deyil, həm də marketinq və gəlir modeli baxımından fərqlənir.

Bu desert brend üçün yüksək vahid gəlir mənbəyi olmaqla yanaşı, heç bir reklam xərci tələb etmədən media və sosial şəbəkələrdə viral yayımlanır. Bu da “Serendipity 3” restoranını lüks seqmentdə tanıdan əsas amillərdəndir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.