Ruslar türk dronlarına qarşı yeni sistem hazırlayıb - FOTO

24-02-2021, 15:23           
Ruslar türk dronlarına qarşı yeni sistem hazırlayıb - FOTO
Ruslar türk dronlarına qarşı yeni sistem hazırlayıb
Abu Dabidə keçirilən İEX 2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Rusiyanın təqdim etdiyi anti-dron sistemləri xüsusi diqqət çəkib.

Reyting.az xatırladır ki, Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparatlarının (PUA) Suriya, Liviya və Azərbaycan ərazilərindəki hərbi qarşıdurma zamanı göstərdiyi effektiv fəaliyyətin ardından anti-dron sistemlərinə sərmayə qoyan Rusiya bu sistemləri həm elektron hərb, həm də hava müdafiə raket sistemlərini bir mərkəzdə birləşdirməklə yaratdığını açıqlayıb.

Xatırladaq ki, Rusiya istehsalı olan “Pantsir”lərin bir neçəsini Liviyada türk PUA-ları məhv etmişdi.

Məlumata görə, anti-dron sistemləri dronları məhv etmək məqsədilə elektron hərb sistemləri ilə qısamənzilli hava müdafiə raket sistemlərini birləşdirir, eyni zamanda hədəfi müəyyən etmək üçün radar sistemlərinə malikdir. Sistemdə hava müdafiə raketləri sistemi olaraq “Pantsir-S1M”, “Tor” və ya “Verba” ilə “İgla-S” sistemlərdən istifadə olunur.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu sistemlər Suriyada rus hərbi bazalarında istifadə edilib və terrorçuların istifadə etdiyi dronların qarşısını uğurla alıb.


Qeyd edək ki, Suriyadakı müxalif ünsürlər daha əvvəl Hmeymin hava bazasına sabit kamikadze dron sistemləri ilə hücumlar həyata keçirib və onlarla rus texnikasına zərər vura bilib.

Ruslar anti-dron sisteminin bu tərzdə hücumlar zamanı dronlara qarşı hazırlandığını, eyni zamanda digər dronlara qarşı da təsirli olduğunu bildirirlər.

SATCOM istifadə edən türk PUA-ları bu cür inteqrasiya olunan anti-dron sistemlərindəki elektron hərbi avadanlıqlarına qarşı daha dayanıqlı mövqeyə malikdir. Türkiyənin həm ANKA, həm də “Bayrakdar TB2” dronları “SatCom”-a inteqrasiya edilib.

Türk istehsalı olan PUA-lar xüsusilə Suriya, Liviya və Azərbaycanın Qarabağ bölgəsində rus hava müdafiə raket sistemlərini məhv etməyi bacarıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.