Dünyanın ən qədim və ən hündür ağaclarından biri daxıldən yanır

Bu gün, 17:58           
Dünyanın ən qədim və ən hündür ağaclarından biri daxıldən yanır
ABŞ-nin Oreqon ştatının ucqar bölgəsində alov dünyanın ən qədim və ən hündür ağaclarından birini məhv edir.

Bu barədə "IFLScience" yazır.

Son bir həftə ərzində yanğın 99 metrlik ağacın hündürlüyünü 15 metr azaldıb.

Menzis küknarı daxildən yavaş-yavaş yanır. Yanğının mənbəyi sual doğurur. Alimlər ağacı ildırım vurduğunu güman edirlər. Belə ki, yanğın ətrafdakı ağaclardan heç birinə keçməyib.

Yanğın avqustun 16-da başlayıb və hələ də davam edir.

Ağacın yaşının 450-500 il olduğu təxmin edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru