İranın xüsusi xidmət orqanlarına yaxın daha bir bank Bakıda iflas olur - Xeyli müddət işə yarayıblar
10-02-2016, 17:12
Bakıda İranın xüsusi xidmət orqanlarına yaxın olduğu söylənilən daha bir bank iflasa uğrayır. Bu barədə DİA.AZ-a məlumatlı mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, növbəti hədəfdə olan bank "XalqBank"dır ki, zamanında məşhur "VikiLiks" təşkilatı tərəfindən bu bank İranın xüsusi xidmət orqanları ilə əlaqələndirilib.
Mənbə dia.az-a bildirir ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dörsi ABŞ Dövlət Departamentinə hesabatında qeyd edirdi ki, "XalqBank"da Oromi qardaşlarına aid "NAB" Dış Ticaret ciddi pay sahibidir. Və bu gün əlkədəki məlum böhran bu bankın da bağlanmasına gətirib çıxarır.
Xatırladaq ki, "XalqBank"da İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın bacısının əri olan Şəhram Orominin payı var.
Xatırladaq ki, “XalqBank” və Oromi, habelə İranın Bakıdakı gizli şəbəkəsi barədə ABŞ-ın Bakıdakı səfiri olmuş Enn Dörsi vaxtilə Vaşinqtona - Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, Pentaqona və digər strukturlara 2009-cu ilin martında göndərdiyi məxfi teleqramda sensasion faktlar göstərmişdi. Həmin teleqramı 2011-ci ilin yayında WikiLeaks saytı yaymışdı.
Sənəddə deyilirdi ki, Bakıda İranla bağlı müşahidə aparan mənbə çoxsaylı qaynaqlardan, o cümlədən Bakıdakı iranlı tələbələrdən, işgüzar fiqurlardan, insan haqları müdafiəçilərindən, Tehranda ixracla məşğul olan biznesmendən, bu ölkədə işləyən tanınmış iş adamından, Azərbaycandakı neft şirkətinin rəhbərindən, konsaltinq və menecment üzrə beynəlxalq firmanın yerli tərəfdaşından əldə edilən məlumatlara əsaslanıb.
Səfir E.Dersi teleqramda bu informasiya mənbələrinin adlarının ciddi məxfilik altında qalmalı olduğunu bildirib. Qeyd edib ki, bütün hallarda həmin mənbələrin verdikləri informasiyalar azı üç digər mənbədən təsdiqlənib.
Daha sonra teleqramda İranın Azərbaycan üzərindən sanksiyalar altına düşən malların daşınmasını, pul trafikini təşkil edən və Tehran rejiminə bağlı olan şəxslərin siyahısı göstərilirdi ki, onların da Bakıdakı əsas maliyyə rıçaqlarından biri məhz "XalqBank" idi.
DİA.AZ bildirir ki, amma bu gün vəziyyət tamamən dəyişib. Artıq üzərindn sanksiyalar qaldırılan İranın "Xalqbank" və digər bu kimi yandaş bank strukturlaına ehtiyacı yoxdur. Amma Azərbaycan dövlətinin təhlükəsizliyi üşün belə bir şəbəkənin çökdürülməsi bizim marağımızda olmalıdır.
Çox güman, belə bir ərəfədə "XalqBank"ın da digər çöküşdə olan bankların gözünə qatılması da iqtisadi şərait zərurətindən daha çox, siyasi qərara söykənir.
Qarşı tərəfi də dinləməyə hazırıq..