Jurnalistlərə açıqlamasında BP şirkətinin prezidenti Robert Dadli belə deyib.
Virtualaz.org saytı TASS-a istinadən xəbər verir ki, Robert Dadli Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvlərinin, həmçinin də bu quruma üzv olmayan ölkələrin hasilatı azaltmayacaqlarını deyib. «Onlar qiyməti müəyyən səviyyədə saxlamaq üçün buna getməyəcəklər», - Dadli bildirib. BP prezidentinin sözlərinə görə, yaxın perspektivdə belə imkan görmür: «Uzaq perspektiv üçün deyə bilmərəm, amma indi müəyyən layihələr həyata keçirilməli və hasilat artmalıdır».