Moskvada azərbaycanlı belə güllələndi - Video
11-02-2016, 03:02
Rusiya paytaxtı Moskvanın cənub-şərqində bir azərbaycanlının güllələnmə anı yayılıb.
ANS -in məlumatına görə, hadisə bü gün Moskvanın Privolnaya küçəsində baş verib.
İlkin məlumatlara görə, yaxınlıqda yerləşən tikintidə azərbaycanlılarla taciklər arasında kütləvi dava düşüb. Nəticədə bir nəfər güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib.Səhər saatlarında iki nəfərin olduğu "Hyundai Solaris" maşını ilə evdən çıxaraq yola düşür.
Maşının qarşısını maskalı üç naməlum şəxs kəsir. Onlar 38 yaşlı azərbaycanlı Amil Əmrahovu maşından çıxararaq, qarın nahiyəsindən güllələyiblər. Daha sonra həmin maşına əyləşərək, sürücüyə hadisə yerindən getməyi əmr ediblər. Əmrah isə qan içində yolda yaralı vəziyyətdə qalıb.
Hadisəni görən şahidlər oraya dərhal təcili tibbi yardım çağırıblar. Yaralı 36 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, həmyerlimizin hazırda həyat təhlükəsi yoxdur. Məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırma aparırlar. İlk versiyaya görə, hadisə əvvəlcədən planlaşdırılıb. Çünki maşında 800 min rubl (15840 AZN) olub. Çox güman ki, insident də oğurluq ucbatından törədilib. Hazırda polis silahlı insidenti törədənləri axtarır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Rusiya mətbuatı insidentin azərbaycanlılarla taciklər arasındakı kriminal mübahisə nəticəsində baş verdiyini yazıb
Analoji hadisə keçən il Moskvanın cənub-şərqində baş verib. Ənvər Həsənovun güllələnmiş meyiti maşında Novomarinsk küçəsində, 38 nömrəli ev yaxınlığında tapılıb. Moskva polisinin mətbuat xidməti ölüm faktını təsdiqləyib. İlkin məlumatlara görə, Ə.Həsənov odlu silahdan baş və kürəyindən güllələnib. Cinayətkarlar 52 yaşlı həmyerlimizi özünün “Mercedes” markalı avtomobilini idarə edərkən vurublar.
[media=https://www.youtube.com/watch?v=p9d1oHX9xtE]