Keçmiş məmurlara 250 min dollarlıq hədiyyə - «The Guardian» gündəmə gətirdi

11-02-2016, 05:26           
Keçmiş məmurlara 250 min dollarlıq hədiyyə - «The Guardian» gündəmə gətirdi
Avstraliyanın keçmiş baş naziri Toni Ebbot və ölkənin Liberal Partiyasının bir neçə üzvünün çinli milyarderdən məşhur «Rolex» saatlarını hədiyyə alması ilə bağlı qalmaqal səngimək bilmir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «The Guardian» qəzeti məsələni növbəti dəfə gündəmə gətirib.

Qəzet yazır ki, məmurlar bu saatların saxta olduğunu düşündüklərini və hədiyyənu bu qəbul etdiklərini bildiriblər. Ebbotun nümayəndələri isə bildirib ki, keçmiş baş nazir hədiyyənin real qiymətini öyrənən kimi onu çinli milyarderə geri qaytarıb:

Toni Ebbot

"Hadisə 2013-cü ilin iyun ayında - Avstraliya parlamentindəki nahar yeməyi zamanı baş verib. Çinli iş adamı Li Ruipeng nahar zamanı Lideral Partiyasının üzvlərinə, həmçinin Toni Ebbota «Rolex» saatı hədiyyə edib. Bu saatların qiyməti 250 min dollardır".

Qeyd edək ki, Toni Ebbot Avstraliyada baş nazir postunu 2013-2015-ci illərdə tutub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.