Rusiya həbsxanasında yatan azərbaycanlı cinayət törətdi

11-02-2016, 09:50           

Rusiyanın Tambov şəhərinin məhkəməsi yerli sakin Viktor Ponomaryov və Azərbaycan vətəndaşı Pərviz Babayevin cinayət işi üzrə qərar verib. Bu iki nəfər dələduzluqda və hədə-qorxu gəlməklə yalan ifadə verməyə məcbur etməkdə ittiham olunublar.

teref.az virtualaz.org-a xəbər verir ki, cinayət işinin materiallarına əsasən, 2014-cü ilin oktyabr ayında Ponomaryov həbsxanada yatan Azərbaycan vətəndaşı Pərviz Babayevlə cinayətkar əlaqəyə daxil olaraq, «Setelem Bank» MMC-nin əmlakını mənimsəmək qərarına gəliblər. Bu niyyətlərini həyata keçirmək üçün Babayev həbsxanadan telefonla tanışı olan qadına zəng edib və dilə tutub ki, öz adına kreditə avtomobil götürsün. Pərviz qadına söz verib ki, kredit üzrə bütün xərcləri öz üzərinə götürür.

Azadlıqda olan Ponomaryov qadınla görüşərək, bütün sənədləşmə işlərini həll edir və 447 min rubl (təxminən 9 min manat — virtualaz.org) dəyərində «Lada Kalina» avtomobilini kreditlə qadının adına keçirir. Elə salondaca Pərviz Babayevin rəfiqəsi maşını Ponomaryova verir. O isə avtomobili sataraq, Babayevlə bölüşür və pullar xərclənir.

Sonradan Babayev 20 dəfədən çox telefonla həmin qadınla əlaqə saxlayaraq, onu dələduzluğa görə qaldırılmış cinayət işi üzrə yalan ifadə verməyə məcbur edir.

Məhkəmənin fevralın 10-da çıxardığı qərara əsasən, Pərviz Babayev hələ çəkilməmiş məhbusluq müddəti də nəzərə alınmaqla, 4 il 6 ay mqüddətinə azadlıqdan məhrum edilib. Ponomaryov isə 2 il 6 aylıq şərti cəza müddəti ilıə canını qurtara bilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.