Rusiya prezidenti Vladimir Putin müxtəlif güc nazirliklərində çalışan 10 generalı hərbi xidmətdən azad edib.
Virtualaz.org saytı “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, vəzifələrindən azad olunanların arasında Çeçenistan İstintaq İdarəsinin rəisi Sergey Devyatov, Moskva İstintaq İdarəsinin rəisi Aleksey Zyazev və Rusiya FHN aparat rəhbəri Robert Kireyev də var.