“Putin kürəkəninə 1,75 milyard pul köçürüb” - Video

12-02-2016, 00:19           

Aleksey Navalnı Rusiya Prezidenti Vladimir Putinə inzibati iddia qaldırıb. O təsdiqləyir ki, ölkə prezidenti “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunu pozub. Kreml bəyan edib ki, prezidentin bu iddiadan xəbəri yoxdur.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, Navalnı prezidentin “Korrupsiyaya qarşı mübarizə haqqında” qanununun 10-cu maddəsi olan “Maraqların münaqişəsi”ni pozduğunu iddia edir.

Navalnının iddianaməsinə görə, prezidentin kürəkəni Kiril Şamalovun aksioneri olduğu “Sibur” kompaniyasına Milli Rifah Fondundan 1,75 milyard pul ayırması inzibati qanun pozuntusudur.

Şamalov “Sibur” şirkətinin aksioneri olandan sonra prezident sözügedən maliyyənin ayrılması barədə sərəncam imzalayıb. Müxalifətçi lider etiraf edir ki, sərəncamın imzalanmasında heç bir hüquq pozuntusuna yol verilməyib, amma bununla yanaşı qeyd etmək lazımdır ki, sərəncam imzalanan vaxtı prezident “Maraqların konflikti” barədə bəyanat yaymayıb.

Navalnı iddia ərizəsində Rusiya Federasiyası prezidentinin “Maraqların konflikti”ni maddəsini pozduğu istiqamətində fəaliyyətsizliyi təsbit olunmalı və inzibati cavabdehi maliyyə ayırmasının qarşısını almağa vadar etmək lazımdır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.