Rusiya NATO-nun şərq cinahının gücləndirilməsinə cavab verəcəyini vəd edib

14-02-2016, 10:49           

Rusiya NATO ilə münasibətlərin gərginləşməsində maraqlı deyil, lakin Alyansın şərq cinahının gücləndirilməsinə cavab olaraq, lazımi tədbirlər görəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın NATO yanında daimi nümayəndəsi Aleksandr Qruşko bildirib.

O, bu açıqlamanı Münhen Təhlükəsizlik Konfransında bildirib.

Onun sözlərinə görə, Qərb təhlükəsizliyin real problemləri kənara qoyaraq, uydurma “Rusiya təhdidi problemi”ni bilərəkdən qabardır.

“Bu gün miqrasiya, terrorçuluq kimi real problemlər NATO-dan əməkdaşlıq etməyi tələb edir, o cümlədən də Rusiya ilə. Real təhlükəsizliyin məqsədlərinə nail olmaqda Rusiyasız heç bir konkret nəticə əldə oluna bilməz”, deyə o qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.