Türkiyədən sonra Rusiya bombardmana başladı
14-02-2016, 12:03
"Əgər bizə kömək gəlməsə, bölgə PYD-nin nəzarəti altına keçəcək".
PKK terror təşkilatının Suriya qanadı PYD Rusiya hərbi təyyarələrinin dəstəyi ilə müxalif qüvvələrinin nəzarəti altında olan Hələb şəhərinin şimalında yerləşən Tel-Rıfat qəsəbəsinə hücum edib.
Rusiya təyyarələri PYD qüvvələrinin irəliləməsi üçün bütün cəbhə xətləri ağır bombardmana tutulub. Müxalif qüvvələrinin səhra komandiri Mahmud Aleyto Anadolu Agentliyinin bölgəyə ezam olunmuş müxbirinə bildirib ki, əgər silahlar və kmək göndərilməsə, qəsəbə hər an PYD-nin nəzarətinə keçə bilər.
Hazırda bölgədə şiddətli döyüşlərin getdiyi bildirilir. Səhra komandiri bildirib ki, Rusiyanın döyüş təyyarələri Tel-Rıfat qəsəbəsinə 35 hava hücumu həyata keçirib.
teref.az anspress-ə istinadən xəbər verir ki, Rus təyyarələri kaset və vakum bombalarından istifadə edir. Son məlumata görə, bombardman nəticəsində 3 dinc sakinin ölüb. Bu dəqiqələrdə də Tel-Rıfat qəsəbəsi uğrunda ağır döyüşlərin getdiyi bildirilir.
Ötən gün axşam saatlarında Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya ərazisində PKK terror qruplaşmasının yerli bölməsi PYD-nin mövqelərini bombalamağa başlayıb. TSQ-nın "Fırtına" özüyeriyən topları sərhədin yaxınlığında Suriya ərazisində yerləşən Azez qəsəbəsini atəşə tutub. Topların hədəfi qəsəbədəki PYD mövqeləridir.
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin Hərbi-Hava Qüvvələrinin YPG-nın Suriyadakı mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.
"Dünən və bu gün PKK-nın Suriya qanadı mülki obyektləri və mötədil müxalifətinin mövqelərini bombalamaqda davam edən Rusiya aviasiyasının dəstəyi ilə Azez şəhərinə hücum edib. Məsələ ilə bağlı mövqemiz tam aydındır. Əlavə edim ki, bu hücumlar zamanı sərhədləriniz pozulub. Silahlı Qüvvələriniz, hücuma məruz qalmış tərəf kimi, lazımi tədbirlər görürlər. Bizim Silahlı Qüvvələrimiz Azez rayonunda müəyyən hədəflərə cavab zərbəsi endiriblər.
Onu da əlavə edək ki, bir az bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Səudiyyə Ərəbistanının döyüş təyyarələri yaxın günlərdə Türkiyənin "İncirlik” aviabazasına gələ bilər.
"Səudiyyə Ərəbistanının təyyarələri İŞİD-ə qarşı mübarizədə iştirak etmək məqsədilə yaxın günlərdə Türkiyəyə göndərilə bilər. Bu bizim ümumi mübarizənizdir. Səudiyyə Ərəbistanı hərbi-hava əməliyyatına qatılmaq niyyətindədir”, - Çavuşoğlu deyib.