Qərb Suriyada zəiflik nümayiş etdirərsə, müharibə hələ uzun müddət davam edəcək.
Axar.az BBC-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ senatoru Con Makkeyn Münhen Təhlükəsizlik Konfransında deyib.
Onun sözlərinə görə, ABŞ hər kəsə, o cümlədən, Suriya xalqına öz gücünü göstərməlidir. Əks təqdirdə xalq öz ölkəsini tərk etməyə və Avropaya axın etməyə davam edəcək.