“NATO bütün diqqətini Rusiyanın qarşısının alınmasına yönəldib” –Rusiyanın NATO-dakı daimi nümayəndəsi
15-02-2016, 09:28
"NATO hazırda bütün diqqətini Rusiyanın siyasi və hərbi yolla qarşısının alınmasına yönəldib". Bunu ABŞ-ın “Vol Strit Jornal” qəzetinə müsahibəsində Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib. Onun sözlərinə görə, NATO-nun bu fəaliyyəti çox təhlükəli tendensiyadır: “Bu bizim seçimimizdir. Biz inanırıq ki, yeni Avropa yaradılması yolunda fəaliyyətimizi davam etdirməliyik. NATO hələ də köhnə əməllərindən əl çəkmir”. Axar.az