Britaniyalı snayper İŞİD-in "baş cəllad"ını baş kəsərkən öldürdü

15-02-2016, 09:41           

Britaniya xüsusi təyinatlı qüvvələrinin (SAS) snayperi Suriyanın şimalında 1200 метр məsafədən açdığı atəşlə İŞİD-in təlimçi-cəlladını məhv edib.

Virtualaz.org bildirir ki, iki həftə əvvəl baş verən bu hadisə barədə Britaniyanın “Deyli Star” nəşri xəbər yayıb.

Qəzetin yazdığına görə, cəlladın yeri barədə məlumat xüsusi təyinatlılara MI6 kəşfiyyat xidməti tərəfindən ötürülüb.

Cəllad təlim keçdiyi yerdə, kursantlara qurbanın başını necə kəsməyi öyrətdiyi an vurulub. Məhv edilən terrorçu “bölgənin baş cəlladı” sayılırmış.

Snayper, İsrail istehsalı olan Dan.338 vintovkasından istifadə edib.

Əməliyyatdan sonra xüsusi təyinatlılar geriyə - İraq ərazisinə qayıdıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.