ABŞ kəşfiyyatı Paris terrorunu əvvəlcədən bilirmiş
15-02-2016, 13:21
ABŞ-ın kəşfiyyat orqanlarına Parisdə baş verən terror haqqında əvvəlcədən xəbər çatıbmış.
Ölkə.az xəbər verir ki, bu haqda MKİ-nin direktoru Con Brennan məlumat verib.
O, bildirib ki, Parisdə İŞİD-in törətdiyi terror haqda bir neçə gün əvvəl MKİ-yə operativ məlumat daxil olubmuş.
"Biz Paris terrorundan bir neçə gün əvvəl İŞİD-in belə bir niyyətinin olduğunu bilirdik. Amma İŞİD müasir rabitə vasitələrinin son imkanlarından istifadə edərək terrorun dəqiq nə vaxt törədiləcəyi haqda xəbəri gizli saxlaya bildi", deyə Con Brennan bildirib.