Rusiyadan Ukraynaya qeyri-adi sanksiya... - "Fahişələrini qovaq"...
15-02-2016, 14:30
“Ölkə ərazisində fahişəliklə məşğul olan əcnəbilər nəinki cərimələnməli, həm də deportasiya olunmalıdırlar”.
Avropa.info xəbər verir ki, bu təkliflə Dumanın deputatı Vitali Milonov çıxış edib. Deputatın deməsinə görə, artıq cərimə olunmuş əcnəbi fahişələr fəaliyyətlərini davam etdirə bilərlər. Ancaq ukraynalı qadınlar ölkədə qovulmalı, öz siyasi tərəfdaşlarının yanına göndərilməlidir.
Məlumata görə, təklifi daxili işlər nazirliyində də dəstəkləyiblər. Nazirliyin məlumatına görə, 2015-ci ildə fahişəliklə məşğul olduğuna görə 1351 nəfər üçün protokol tərtib edilib. Rusiyada bu işlə məşğul olanlar əsasən Özbəkistan, Ukrayna, Nigeriya, Moldova, Tacikistan, Kamerun vətəndaşlarıdır. Onlardan 50%-nin qeydiyyatının olmadığı üçün ölkədən çıxarılıblar.