Rus publisist: "Türkiyə ilə müharibə Putinin ölümüdür"
16-02-2016, 00:45
Rusiya və Türkiyə arasında hərbi toqquşma Vladimir Putinin fiziki ölümünə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı publisist, jurnalist və psixologiya elmləri namizədi Leonid Radzixovski çıxış edib.
"Moskvanın Ankara ilə hərbi qarşıdurması birincilərin quru yolunu bağlayacaq, ikincilərin isə bu baxımdan problemi yoxdur. Rusiya qoşunları quru və dəniz yolu ilə qalib gələ bilməyəcək. Türkiyə boğazları da bağlasa, yalnız hava körpüsü qalacaq. Ancaq aydın məsələdir ki, qüvvələr müqayisəedilməzdir", - Radzixovski bildirib.
Onun sözlərinə görə, Rusiya heç də zəif deyil, ancaq türk ordusu ilə toqquşma ehtimalı biabırçı darmadağınla nəticələnə bilər. Bu da öz növbəsində Putinin fiziki ölümü deməkdir. Onun bütün hakimiyyəti bu əfsanəyə söykənir ki, o məğlubedilməzdir. Məlum olsa ki, əslində bu belə deyil, bu, son olar.