Papanın eşq məktubları tapıldı - QALMAQAL
16-02-2016, 11:03
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətin siyahısına daxil edilmiş Roma Papası II İohann Pavelin gizli eşq yaşaması üzə çıxıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Papanın eşq macərası ciddi qalmaqala səbəb olub.
Belə ki, 2005-ci ildə dünyadan köçmüş Papası II İohann Pavelin 30 il evli bir qadınla yazışdığını sübut edən yüzlərlə məktub və foto üzı çıxıb. BBC-nin xəbərinə görə, Papanın ABŞ vətəndaşı, əslən polyak filosof Anna-Tereza Timieniecka ilə yazışmaları Polşadakı Beynəlxalq Kitabxanada tapılıb.
Timienieckanın ölümündən bir neçə il öncə, 2008-ci ildə Beynəlxalq Kitabxanaya bağışladığı şəxsi arxivində yer alan məktublar, onun Papa ilə münasibətlərinin 1973-cü ildən başladığını göstərir. Məktublar 1973-cü ildə 50 yaşlı Timienieckanın Kardinal Yozef Voytılanı ziyarət etmək üçün ABŞ-dan Polşaya gəlməsini və tərəflərini ziyarətdən qısa bir müddət sonra məktublaşmağa başlamalarını göstərir.
Timieniecka və İohan arasındakı ilk məktublar rəsmi bir dillə yazılıb. Sonrakı məktublarda isə onların arasındakı münasibətin daha yaxın olduğunu göstərir. Timieniecka 1976-cı ildə düzənlənən katolik konfransına qatılmaq üçün ABŞ-a gələn Yozef Voytılanl şəxsi evində qalmağa dəvət edib.
1976-cı ildəki bir məktubda da Yozef Voytılanın “Sevgili Terezam, yazdığın üç məktubu da aldım. Qəlbinin parça-parça oldmasından söz açırsan, lakin bu sözlərinə əvəz verə bilmirəm”, – deyə yazıb.
Arxivdəki məktublarda Papanın polyak əsilli qadınla fotoları da tapılıb.
Qeyd edək ki, 1967-ci ildə kardinal rütbəsi almış II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası olub.