Şimali İrlandiyada yenidən qarışıqlıqlar baş verib

8-04-2021, 06:59           
Şimali İrlandiyada yenidən qarışıqlıqlar baş verib
Şimali İrlandiyada növbəti dəfə qarışıqlıqlar olub, etirazçılar avtobusu yandırıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın həmin inzibati-siyasi hissəsinin polisinin xəbərində deyilir.

Polisin məlumatına görə, Belfastda nümayişçilər ikimərtəbəli avtobusu oğurlayıblar, sonra nəqliyyat vasitəsinə içində yandırıcı mayenin olduğu butulka atılıb, nəticədə avtobus yanıb. Bundan başqa, qarışıqlıqları işıqlandıran fotomüxbirə hücum edilib.

Böyük Britaniyanın baş naziri Boris Conson baş verənləri pisləyib. "Mən Şimali İrlandiyadakı zorakılıqlardan dərindən narahatam, xüsusilə Şimali İrlandiyanın vətəndaşları, sahibkarları qoruyan polisə hücumlardan, avtobus sürücüsünə və jurnalistə hücumlardan", - hökumət başçısı tvitterdə yazıb. Conson vurğulayıb ki, fikir ayrılıqlarının öhdəsindən gəlməyin yeganə yolu dialoqdan ibarətdir, zorakılıq və cinayətdən yox.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru