Rusiya ərazisində Ukraynanın 197 yük maşınının hərəkəti dayandırılıb. Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Qurum Ukraynada tranzit yük maşınlarının saxlanması barədə rəsmi təsdiq almadığını bildirir.
Belə ki, fevralın 15-də Ukrayna rus yük maşınlarının tranzitini dayandırıb. Kiyev bununla Rusiyanın analoji addımına cavab verdiyini, Moskvanın Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozduğunu bildirib. Rusiya fevralın 14-də Ukraynada qeydiyyatdan keçmiş yük maşınlarının ölkə ərazisində hərəkətinə qadağa qoymuş, bunu “Avromaydan” hərəkatı fəallarının rus yük maşınlarının Ukrayna ərazisində hərəkətin əngəlləməsilə izah etmişdi.