"Ukrayna BVF ilə əməkdaşlığı kəsməlidir" - Mixail Saakaşvili

16-02-2016, 16:04           
"Ukrayna BVF ilə əməkdaşlığı kəsməlidir" - Mixail Saakaşvili
Odessa qubernatoru Mixail Saakaşvili Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığını dayandırmasını tələb edib.

Avropa.info xəbər verir ki, o, bu bəyanatla “Era” radiostansiyasının efirində çıxış edib.

“Bizim üçün ideal vəziyyət o olardı ki, BVF ümumiyyətlə burada olmasın. BVF-ni biz Gürcüstandan cəmi 1 il sonra çıxardıq. Allaha şükür ki, canımızı qurtardıq” – deyə bildirib.

Saakaşvilinin sözlərinə görə, fond hökumətlərin fəaliyyətini nəzarət altına alır və onlara neqativ təsir göstərir:

“BVF cərrah kimidir. Batmağında sarğı görsə belə deyəcək: Sarğı nəyinə lazımdır? Gəl sənin əlini kəsək, niyə işi uzadırıq ki? Risk eləməyək””.

Xatırladaq ki, BVF-nin direktoru Kristin Laqard 10 fevral tarixində bildirmişdi ki, Ukrayna korrupsiya ilə mübarizədə ciddi nailiyyət əldə edə bilməyib, bu səbəbdən ölkəyə verilən maddi dəstək dayandırıla bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.