Belarusa qarşı sanksiyalar ləğv edildi - Lukaşenkodan təşəkkür

16-02-2016, 22:09           
Belarusa qarşı sanksiyalar ləğv edildi - Lukaşenkodan təşəkkür
Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqının ölkəsinə qarşı sanksiyaları ləğv etməsinə münasibət bildirib.

“Qafqazinfo” Belarus KİV-ə istinadən xəbər verir ki, prezident Aİ-a qəbul etdiyi qərara görə təşəkkür edib:

“Avropa İttifaqındakılara əhsən. Onlar başa düşdülər ki, elə bir an var ki, həmin məqam gələndə məhəlli zehniyyət və Belarusla qarşıdurmadan vaz keçmək lazımdır”.

Lukaşenko bundan sonra Aİ-nin müxtəlif bank sektorları və potensial investorlarla işləri fəallaşdırmaq üçün hökumətə tapşırıqlar verib.

Xatırladaq ki, Aİ insan haqları pozulduğunu əsas gətirərək 2012-ci ildə bu ölkəyə qarşı tətbiq edilən sanksiyaları daha da genişləndirmişdi. Bura Belarus məmurlarının Aİ ərazisinə getməsi də daxil idi və əlaqələrin yaxşılaşması üçün bütün siyasi məhbusları azad etməyə səsləmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.