Rusiya böhranla bağlı xalqa səsləndi - "Televizor və paltaryuyan almayın, qənaət edin...." 17-02-2016, 01:39 Rusiyanın Mərkəzi Bankı böhran səbəbiylə hər kəsin işini itirə biləcəyini, buna görə də qənaət edilməsi lazım olduğunu açıqlayıb. Avropa.info xəbər verir ki, iqtisadi böhranla qarşılaşan Rusiyaanın Mərkəzi Bankı qənaət etmələri üçün vətəndaşa müraciət ünvanlayıb. Mərkəzi Bankın sədr müavini Sergey Şvetsov Rusiya vətəndaşlarına televizor və paltaryuyan kimi məişət texnikasını almamağı tövsiyə edib. Mərkəzi Bankdan verilən açıqlamada xalqa iqtisadi böhran dövründə xərclərində qənaət etmələri tövsiyə olunub. TASS agentliyinin xəbərinə görə bank sədrinin müavini xalqa xitabən bunları deyib:"Bu gün hər kəs işini itirə bilər. Buna görə də xərcləri azaltmaq, qənaətli olmaq, istehlaka meyilli olmamaq lazımdır." Facebook-da paylaş