ABŞ Dövlət Departamenti Rusiyanı Suriyada hospitala hücum etməkdə günahlandırıb
17-02-2016, 09:18
Suriyada hospitala zərbələri Rusiya aviasiyası endirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.
“Biz bu zərbələrin Rusiya tərəfindən endirilməsinə əminik. Bu cür hücumların qəbuledilməzdir”, - deyə Toner qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi Xəzər donanmasında Suriyanın İdlib əyalətindəki hospitalı vuran ballistik raketi buraxa biləcək hərbi gəminin olmadığını bəyan edib.