Rusiyada 70-dən artıq terror aktının qarşısı alınıb

16-04-2021, 06:16           
Rusiyada 70-dən artıq terror aktının qarşısı alınıb
Ötən ilin dekabr ayında Rusiyanın antiterror komitəsi 2020-ci ildə 41 terror aktının qarşısının alındığını bildirmişdi.

Rusiya xüsusi xidmət orqanları iki il ərzində ölkədə 78 terror aktının qarşısını alıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB Parlamentlərarası Assambleyası çərçivəsində baş tutan Beynəlxalq Konfransda bildirib.

"Son iki il ərzində Rusiya xüsusi xidmət orqanları və hüquq mühafizə orqanları tərəfindən 78-i terror aktı olmaqla 129 cinayətin qarşısı alınıb", - deyə Bortnikov qeyd edib.

Ötən ilin dekabr ayında Rusiyanın Antiterror Komitəsi 2020-ci ildə 41 terror aktının qarşısının alındığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru