Vladimir Zelenski: “Krım və Donbası Çernobıldan betər tale gözləyir”

16-04-2021, 22:02           
Vladimir Zelenski:
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın işğalı altında olan Krım və Donbasın bir hissəsində yaşayanları onları gözləyə biləcək aqibətləri barədə xəbərdarlıq edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Fransanın “Le Figaro” qəzetində müsahibəsində danışıb.

Vladimir Zelenskinin sözlərinə görə, Krım və Donbas Ukraynasız xoşbəxt ola bilməyəcəklər. O buna nümunə olaraq Abxaziya və Dnestrayanı bölgənin düşdüyü vəziyyəti xatırladıb. “Həmin yerlərdə nə elmi tərəqqi, nə iri müəssisələr, nə də Honkonqun göydələnləri var. İnsanlar buralardan köçüb gedirlər, çünki özlərini xoşbəxt hiss etmirlər”,-deyə Ukrayna lideri bildirib.

Ukrayna lideri tezliklə belə bölgələrin ölü zonalara çevriləcəyini söyləyib. “Həm Krımı, həm də Donbası Çernobıldan betər tale gözləyir. Hətta Çernobıla heç olmasa turistlər gedir. Buralar isə təəssüf ki, cansız zonalara dönəcəklər,”-deyə o qeyd edib.

Vladimir Zelenskinin fikrincə, Krımda Rusiya ilə birləşməyi arzulayanlar indi peşman olublar.

“Vaxtilə “Rusiyanın gələcəyi halında Krımın “dənizdə mirvari”yə çevriləcəyini deyənlər var idi. Lakin heç bir şey baş vermədi. Daha pis oldu. Orada turizm bitib, iş yoxdur, qiymətlər yüksəkdir, su belə tapılmır. Ona görə deyirəm ki, Krımın Ukraynasız heç bir gələcəyi ola bilməz,”-deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru