Əfqanıstanı tərk edən ABŞ ordusunun cəmləşəcəyi region məlum oldu

17-04-2021, 08:50           
Əfqanıstanı tərk edən ABŞ ordusunun cəmləşəcəyi region məlum oldu
ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bəyan edib ki, Əfqanıstanı tərk edən Birləşmiş Ştatlar ordusu resurslarını Hind-Sakit okeanı bölgəsinə yönəldəcək.

Bu barədə “RİA Novosti” məlumat verib.

O qeyd edib ki, ABŞ rəhbərliyi, ordunun vaxtını və diqqətini ХХI əsrin əsas çağırışlarına yönəltmək fikrindədir və bu çağırışlar əsasən Hind-Sakit okeanı bölgəsi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Əfqanıstanda yerləşdirilmiş ABŞ hərbi qüvvələrinin mayın 1-dən etibarən bu ölkədən çıxarılması ilə əlaqədar göstəriş verib.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru