Gürcüstan prezidenti müxalifətin tələbini yerinə yetirmək üçün şərt qoydu

19-04-2021, 16:34           
Gürcüstan prezidenti müxalifətin tələbini yerinə yetirmək üçün şərt qoydu
Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətçi Giorgi Ruruanı əfv etməyə hazır olduğunu açıqlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə keçirdiyi xüsusi brifinqdə bildirib.

Dövlət başçısının şərtinə əsasən, müxalifətçi yalnız iqtidar və müxalifət arasında siyasi böhranın aradan qaldırılması ilə bağlı razılışmanın əldə olunmasında sonra azadlığa buraxıla bilər.

Qeyd edək ki, Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının təsisçilərindən biri, iş adamı G.Rurua 2019-cu ilin noyabrında odlu silahın qanunsuz əldə olunması və saxlanılması faktı ilə bağlı həbs olunub. O, ötən ilin iyulunda 4 il müddətinə azadlıqdan məhrum edilib. Gürcüstan müxalifəti G.Ruruanı siyasi məhbus adlandırıb və onun azadlığa buraxılmasını tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru