Rusiya hökuməti bu gün Türkiyənin paytaxtı Ankara baş verən terror hadisəsini qınayıb.
Rusiya parlamentinin üst palatası olan Federasiya Şurası Müdafiə və Təhlükəsizlik rəhbərinin müavini Frants Klintseviç bu gün Ankarada baş verən terror hadisəsini qınadığını bildirib.
Məlumata görə, Klintseviç: “Rusiya problemlərin həllində çıxış yolu kimi təşkil olunan hər bir terror hadisəsinə qarşıdır. Biz Ankaranın mərkəzində təşkil edilən qətlimaı sərt şəkildə qınayırıq. Həyatını itirənlərin ailələrinə və yaxınlarına səbr diləyirik” deyə vurğulayıb./musavat