ABŞ-dan şok etiraf: "Verdiyimiz silahlar..."

18-02-2016, 09:38           

Suriya və İraqda yaxşı insanlara verdiyimiz silahların bəzən pis insanların əlinə keçdiyinin fərqindəyik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Türkiyənin YPG ilə bağlı rəsmi Vaşinqtonu tənqid etməsinə münasibət bildirərkən deyib.

“ABŞ YPG-yə silah verməyib. Bəzən yaxşı insanlara verdiyimiz silahlar pis insanların əlinə keçir. Bu durumdan xəbərdarıq. YPG ilə bağlı ABŞ və Türkiyə arasında fikir ayrılıqları mövcuddur. YPG-nin Suriyada bəzi fəaliyyətlərindən narazıyıq və bunu da qrup liderlərinə bildirmişik. Türkiyənin YPG ilə bağlı narahatlığını da anlayırıq. Biz PKK-nın terror təşkilatı olduğunu açıq şəkildə vurğulamışıq”, - Toner vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.