Türkiyə və ABŞ prezidentləri arasında görüş başa çatdı
14-06-2021, 21:17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb. Brüsseldə NATO sammiti çərçivəsində baş tutan görüş 45 dəqiqə çəkib. Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür. Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.