Gürcüstanda turizm mövsümü açıq elan olunub

16-06-2021, 00:06           
Gürcüstanda turizm mövsümü açıq elan olunub
Gürcüstanın Batumi şəhərində yeni turizm mövsümünün açılışı olub. Bu barədə ölkənin İctimai televiziyası məlumat yayıb. Mərasimin mərkəzi Batumi bulvarı olub. Burada Caz qruplarının konserti keçirilib.

Açılış münasibəti ilə gün ərzində Acariyadakı bütün muzeylər və sərgi salonlarına giriş pulsuz olub. Yerli hakimiyət orqanları pandemiya ilə bağlı məhdudiyyətləri də nəzərə alaraq, turistləri ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.

Qeyd edək ki, açılış mərasimində Acariya yerli hökumətinin başçısı Tornike Rijvadze iştirak edə bilməyib. Belə ki, iyunun 8-də onun koronavirusa yoluxduğu məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru