Duma Ukrayna və Moldovaya xəbərdarlıq etdi

16-06-2021, 08:39           
Duma Ukrayna və Moldovaya xəbərdarlıq etdi
Moldova prezidentini dəstəkləyən siyasi qüvvələr Dnestryanının mühasirəsini gücləndirmək, bölgədəki sülhməramlı əməliyyatın mexanizmini məhv etmək üçün hər fürsətdən istifadə edirlər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasından yayılan müraciətdə bildirilib.

"Dövlət Duması Moldova və Ukrayna hakimiyyət orqanlarının sülhməramlı əməliyyatın hazırkı formatını pozmağa yönəlmiş hər hansı dağıdıcı və məsuliyyətsiz bəyanatlarını və hərəkətlərini qəbuledilməz hesab edir. Dnestryanıya qarşı blokada və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini pisləyir və tez bir zamanda bunun aradan qaldırılmasının zəruriliyini bildirir. Dnestryanı münaqişəsini bütün səviyyələrdə həll etmək üçün danışıqlar prosesini blokdan çıxarın",- Dövlət Dumasından bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru