İŞİD-dən Əsəd rejiminə ağır zərbə:95 ölü, onlarla əsir

25-02-2016, 00:43           

Bütün dünyanın “vuruşduğu” İŞİD silahlıları bu gün Hələbə bağlı Hanasıra qəsəbəsini ələ keçirib. Döyüş əsnasında 95 Suriya hərbçisi öldürülüb, 10-larla əsgər əsir alınıb.

Strateq.az-ın bildirdiyinə görə, bu məlumatı Suriyanın xəbər agentliklərindən biri yayıb.

Xəbərdə həmçinin o da bildirilir ki, Hanasıra Hələb ətrafını bir-biriylə birləşdirən məntəqədir və buranın ələ keçirilməsi faktiki olaraq Əsəd ordusunun bölgədəki qüvvələri arasındakı rabitənin kəsilməsi, bir növ, onların mühasirəyə düşməsi deməkdir.

İŞİD-ə bağlı informasiya saytları da Hanasırada ələ keçirdikləri hərbi qənimətləri nümayiş etdiriblər. Qənimətlər arasında tanklar, təyyarələrə qarşı raketatanlar və digər ağır hərbi texnikalarla yanaşı, silah-sursatla dolu cəbbəxanalar da var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.