Putin dünyanı sarsıdacaq projeyə razılıq verildi

4-05-2015, 23:49           
Putin dünyanı sarsıdacaq projeyə razılıq verildi
Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Valyuta Fonduna alternativ olan 100 milyard dollarlıq BRİKS fondunun yaradılmasına razılıq verdiyi bildirilib.

Axar.az xəbər verir ki, RİA-Novosti-nin yaydığı məlumatda Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının olduğu birliyə Rusiyanın 18 milyard dollar köçürəcəyi qeyd edilib. Birliyə ən çox maliyyə axınını isə Çin edəcək. Belə ki, Çin 41 milyard dollar BRİKS fonduna köçürəcək. Fond inkişaf etməkdə olan ölkələri qısa müddətli təzyiqlərdən qorumağı və BRİKS üzvü ölkələri arasında əməkdaşlığı artırmağı hədəfləyir.

Ukrayna böhranı ilə bağlı valyutası dollar qarşısında dəyər itirən Rusiya fondu BVF-yə bir alternativ kimi görür. BRİKS ölkələri həmçinin mərkəzi Şanxay olmaq üzrə beynəlxalq bank yaradacaq. BRİKS ölkələri dünya əhalisinin 40 faizini və qlobal istehsalın beşdə birini təmsil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.