Məndən “Qələbə marşı” gözləməyin! - Cavanşir Quliyev

22-11-2024, 15:21           
Məndən “Qələbə marşı” gözləməyin! - Cavanşir Quliyev
Məndən “Qələbə marşı” gözləməyin. Mən bilmirəmmi zəfər olub, bilirəm. Amma mənə deyəndə ki, sən əsər yaz, belə olsun, elə olsun. Onu yaza bilmərəm.

TEREF xəbər verir ki, bunu Modern.az-a müsahibəsində bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

"Ona görə yox ki, içimdən gəlmir, ona görə ki, “Əsgər marşı”na köklənmişəm. Mən “Əsgər marşı”nı şərtsiz yazdım. İndi deyirlər ki, başqa marş yaz. Mənə təzyiq göstərməyin, üstümə gəlməyin. Yazsam, bir gün yazacam. O biri sənətkarlar da elədir, bu sənət elədir, ümumiyyətlə. Yaradıcılıq işi məcbur olmur. Sənətkarın başında kimsə duranda o marşı yaza bilməz", - bəstəkar qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru