Filippində baş verən qasırğada 12 nəfər ölüb

22-11-2024, 15:34           
Filippində baş verən qasırğada 12 nəfər ölüb
Filippində təsirli olan Man-yi, Toraji və Usagi tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirib.
Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) ölkədə təsirli olan Man-yi, Toraji və Usagi tayfunları ilə bağlı açıqlama verib.

Açıqlamada tayfunların törətdiyi fəlakətlər nəticəsində 12 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı, 3 nəfərdən xəbər alınmadığı bildirilib.

Açıqlamada tayfunların ölkənin 7 bölgəsində 3,5 milyondan çox insana təsir etdiyi, bölgələrdəki 2 min 331 təxliyə mərkəzində 300 min 953 nəfərin qalmağa davam etdiyi açıqlanıb.

Bildirilib ki, tayfunlar nəticəsində ölkədə infrastruktura , kənd təsərrüfatı sahələrinə çoxlu maddi ziyan dəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru