Ermənistanda qazın qiyməti 2 dəfə artdı

25-08-2021, 21:46           
Ermənistanda qazın qiyməti 2 dəfə artdı
Ermənistanda təbii qaz bazarında böhran yaşanır.

KONKRET.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, son iki ayda təbii qaz qiymətləri təxminən iki dəfə artıb

İdxalçı şirkətlər bazardakı yanacaq çatışmazlığını qazın idxal edildiyi ölkələrdəki çatışmazlıqla izah edirlər. Sıxılmış təbii qaz Ermənistana Rusiya və İrandan idxal olunur. İyul ayının sonlarında mediada Ermənistan hökumətinin yanacaq tədarükü üçün Qətərlə danışıqlar apardığı bildirildi, lakin hələ heç bir xəbər yoxdur.

“Rusiyada da təbii qaz çatışmazlığı var. Bu, daxili ehtiyaclar üçün yetərli deyil və nəticədə bahalaşıb. Bəzən İrandan alırıq, amma oxşar vəziyyət qonşu ölkədə müşahidə olunur”, – deyə Ermənistanın qaz tədarükçülərindən biri qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru