ABŞ-da COVID kabusu - Reanimasiyalar tam dolub

26-08-2021, 07:17           
ABŞ-da COVID kabusu -
ABŞ-da koronavirusun yeni dalğası nəticəsində yoluxanların çoxalması ilə xəstəxanaların reanimasiya şöbələri 77 faiz dolub. Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "QuoteWizard" sığorta və təhlil şirkətinin səhiyyə və insan xidmətləri departamentinin hesabatında qeyd edilib.

Hesabatda Arkansas və Alabama əyalətlərinin səlahiyyətliləri bütün reanimasiya şöbələrinin dolu olduğunu, Kentukki valisi isə ağır xəstələri reanimasiyada yerləşdirmək üçün xəstəxanaların köçürüldüyünü açıqlayıb.

Floridada 50 xəstəxanada tibb işçilərinin sayı xəstələrin müalicəsi üçün yetərli deyil. Məlumata əsasən, həftə sonuna qədər daha 60 xəstəxanada səhiyyə işçilərinin çatışmazlığı müşahidə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru