Sağ qalan olmayacaq deyilmişdi (VİDEO)

5-05-2015, 00:40           
Dağıdıcı zəlzələdən çıxan Nepal humanitar fəlakətə düçar olub. Təbii fəlakətdən ölənlərin sayı ilə bağlı hər gün açıqlanan rəqəmlər zəlzələnin miqyasını artırır. Dağıntılar altından hələ də sağ insanların çıxması itkin düşənlərin yaxınlarının ümidini artırır.

Nepalda zəlzələnin baş verməsindən 8 gün keçdiyi bir vaxtda xilasedicilər dağıntılar altından 3 nəfəri sağ çıxarıblar. Baxmayaraq ki, hələ ötən gün Nepal hökuməti dağıntılar altından sağ qalma ehtimalının sıfıra bərabər olduğunu bəyan etmişdi. Bir həftədən çoxdur ki, dağıntılar altından sağ çıxan 3 nəfərdən birinin 101 yaşlı qadın olduğu müəyyənləşib.

Sağ qalan olmayacaq deyilmişdi (VİDEO)
Xilas olunanlar Sindxupalçok rayonunun sakinləridir. Rəsmilər elə təkcə Sindxupalçok rayonunda 40 min evin dağıldığını bildirirlər. Evləri dağılan insanlar beynəlxalq təşkilatlardan humanitar yardım gözləyirlər.

“Heç kim bizə köməyə gəlməyib. Hər şeyi özümüz etmək məcburiyyətində qalırıq. Ərzağımız demək olar ki, tamamilə tükənib” – deyə Sindxupalçok sakini bildirib.

“Humanitar yardım gəlməzsə, burada öləcəyik. Deməyə başqa sözümüz yoxdur”, – deyə Sindxupalçok sakini qeyd edib.

7,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində Nepalda ölənlərin sayı 7200-ə çatıb. Təbii fəlakət bu ölkədə 8 milyon insana müxtəlif dərəcədə ziyan vurub.

Nepal hökuməti fövqəladə vəziyyətdən çıxış üçün təcrübəsiz olduğunu etiraf edərək bir neçə gündür ki, xarici dövlətlərdən humanitar yardım istəyir.

Birləşmiş Millətlər Təşkilatı isə Nepala göndərilən humanitar yardımların gecikməsi ölkənin gömrük xidmətindəki problemlə əlaqədar olduğunu izah edir.

Təbii fəlakətdən əziyyət çəkən insanların düşərgəsində isə, epidemiya yayılması təhlükəsi baş qaldırıb.

Tibb işçiləri vəziyyətlə əlaqədar düşərgədə mütəmadi dezinfeksiya işləri aparırlar.
ans
press












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.