Belə bir bəyanatla Keniyanın vitse-prezidenti Uilyam Ruto çıxış edib.
Onun sözlərinə görə, cəmiyyət homoseksualizmi rədd edir: “Homoseksualizm bizim dini və mədəni inanclarımızı təhlükə altında qoyur”.
Uilyam Ruto həmçinin qeyd edib ki, hakimiyyətlə dini liderlər ənənəvi dəyərləri birgə qoruyacaq.
Qeyd edək ki, Afrikanın 54 ölkəsindən 36-da homoseksualizm qadağan edilib. Hətta Afrika ölkələrinin dördündə homoseksualizmə görə ölüm cəzası tətbiq edilir. Keniyada isə eyni cinsliərin təmasda olmasına görə 14 il həbs cəzası verilir. ans press