“Əfqanıstanın ali lideri olacaq şəxsin kimliyi açıqlanıb”

1-09-2021, 00:01           
“Əfqanıstanın ali lideri olacaq şəxsin kimliyi açıqlanıb”
Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı Molla Xibatullah Axundzadənin ölkənin ali lideri olacağını planlaşdırır.

“Kaim” xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Məlumata görə, “Taliban” hakimiyyəti qismən İran modeli üzərində təşkil etmək niyyətindədir. Belə ki, ali lider dövlət başçısıdır, eyni zamanda ən yüksək siyasi və dini hakimiyyətdir. İcra hakimiyyətinə ali liderin müavinlərindən biri olacaq baş nazir rəhbərlik edəcək.

Ali liderliyə namizəd olan Axundzadə heç vaxt açıq çıxış etməyib və harada olduğu bilinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru