Rus ekspert: Rus ekspert: Zelenski öz-özünü inkar edir

1-09-2021, 08:15           
Rus ekspert:
Vladimir Zelenskinin rus qazının çirkli olması ilə bağlı açıqlaması onun Ukraynanın Rusiya-Avropa arasında tranzit ölkə olaraq saxlanılması istəyi ilə ziddiyyət təşkil edir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Mixeyev deyib.

O bildirib ki, Zelenskinin sözügedən açıqlaması tam cəfəngiyyatdır:

“Zelenski Amerika və almanlarla Şimal Axını-2-ni müzakirə edir, ölkəsinin tranzit olaraq qalmasını istəyir. Eyni zamanda rus qazını "ən çirkli qaz" adlandırır. Birincisi, çoxlu metan tullantısı olduğu üçün, ikincisi də orada Kremllə bağlı təbliğat var. Yəni bu şəxs tam cəfəngiyyat danışır. Əgər dünyada ən çirkli qazdırsa, nə üçün tranzit olmasını istəyirsən?”

Qeyd edək ki, Zelenski Vaşinqtonda amerikalı nazirlə görüşdə rus qazını metan tullantıları, korrupsiya və şantajdan dolayı dünyanın ən çirkli qazı adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru