Pentaqon rəhbəri həmkarları ilə Əfqanıstanı müzakirə edib

1-09-2021, 10:16           
Pentaqon rəhbəri həmkarları ilə Əfqanıstanı müzakirə edib
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Bəhreyn, Almaniya, Kanada, Qətər, Küveyt, Norveç və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla bir sıra ölkələrin rəsmiləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib. Azvision.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Ostin Əfqanıstandan təxliyənin həyata keçirilməsində göstərdikləri köməyə görə dövlərlərə minnətdarlığını bildirib.

Pentaqon rəhbəri və Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer İslam respublikasında vəziyyətin sonrakı inkişafı ilə bağlı sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər. Kanadanın milli müdafiə naziri Harjit Sajan ilə söhbət zamanı isə əfqanlara kömək etmək üçün ümumi öhdəliklər ifadə olunub.

Ostin norveçli həmkarı Frank Bakke-Yensenlə telefon danışığında Kabil hava limanında fəaliyyət göstərmiş Norveç xəstəxanasının vacib rolunu qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.