ABŞ hərbi helikopteri qəzaya uğrayıb

1-09-2021, 15:18           
ABŞ hərbi helikopteri qəzaya uğrayıb
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid helikopter Kaliforniya sahillərində qəzaya uğrayıb.
Bu barədə məlumat ABŞ Hərbi Donanmasının “Twitter” səhifəsində dərc edilib.
Qeyd olunur ki, “MH-60S” helikopteri Kaliforniya ştatının San Dieqo sahillərindən təxminən 60 dəniz mili məsafədə uçuş edərkən qəzaya uğrayıb.
Qəza baş verən ərazidə axtarış-xilasetmə əməliyyatı təşkil edilib.
Hələlik hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.