Putindən seçki öncəsi addım – Əsgərlərə və polislərə 1000 dollar mükafat verir
1-09-2021, 15:22
Putin seçkilərdən əvvəl polis və əsgərlərə mükafat paylayacaq.
Rusiyada prezident Vladimir Putin əsgərlərə və polisə birdəfəlik mükafat verilməsi haqqında fərman verib. Müxalifət partiyasının nümayəndələri bu addımı “seçki rüşvəti”adlandırıblar.
Putinin verdiyi fərmanla, gələn ay bütün ordu və hüquq-mühafizə orqanlarının işçilərinə 15 min rubl (1700 TL) mükafat ödənilməsinə qərar verilib. Ödənişin yalnız bir dəfə veriləcəyi, polis kolleci və hərbi tələbələrin də ödənişdən faydalana biləcəyi bildirilib.
Ödənişlərin “sosial ehtiyacları qorumaq” adı altında ediləcəyi bildirilsə də, bir çox müxalifət mətbuatı 19 sentyabr seçkilərində Putinin qurduğu Vahid Rusiya Partiyasına səs toplamaq üçün belə bir qərar qəbul etdiyini iddia edib.
Rusiya Liberal Demokrat Partiyası və Rusiya Kommunist Partiyası da qərara sərt reaksiya verib.