Rusiya tezliklə Belarusa S-400, təyyarələr və vertolyotlar verəcək

1-09-2021, 20:45           
Rusiya tezliklə Belarusa S-400, təyyarələr və vertolyotlar verəcək
Rusiya yaxın vaxtlarda Belarusa hərbi təyyarələr, vertolyotlar, zenit-raket sistemləri və digər hava hücumundan müdafiə sistemləri təchiz edəcək.
Dominant.az xəbər verir ki, bu barədə prezident Aleksandr Lukaşenko bəyan edib.

Onun sözlərinə görə, Minskin alacağı döyüş maşınlarının sayı onlarladır. Lukaşenko xüsusi qeyd edib ki, Belarus ona “çox lazım olan” S-400 zenit-raket komplekslərini alacaq.

“Bir sözlə, ən müasir avadanlıqlar. Biz ordumuzu təchiz edəcəyik”,-Belarus prezidenti bildirib. O, Rusiyadan alınacaq hərbi texnikanın dəyərini açıqlamayıb. Əlavə edib ki, Minsk Moskvadan başqa döyüş maşınları da sifariş verə bilər, əgər “Qərb 2021” Rusiya və Belarus birgə təlimləri zamanı özünə zəruri hesab etdiyi nəsə görərsə.
(virtualaz.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.