Putinin səhvini düzəldən şagird danlandı - VİDEO

2-09-2021, 00:13           
Putinin səhvini düzəldən şagird danlandı - VİDEO
Rusiyanın Vorkuva şəhər məktəbinin şagirdi Nikanor Tolstıx Vladivastokda “Okean” Uşaq Mərkəzində keçirilən “Bilik” marafonu zamanı Prezident Vladimir Putinin səhvini düzəldib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, açıq dərs zamanı Putin tarix mövzusunun müzakirəsi zamanı I Pyotrun İsveçlə müharibəsini Yeddi illik müharibə adlandırıb. Bu zaman Nikonar onun səhvini düzəldərək müharibənin 1700-1721-ci illərdə baş verdiyini və Şimal müharibəsi adlandığını qeyd edib. Putin cavabında gülümsəyərək Nikonara təşəkkür edib.

Şagirdin bu davranışı məktəb direktoru tərəfindən bəyənilməyib və o, Yuliya Ryabtseva tərəfindən danlanıb. “Yəqin ki, bu, Nikanorun cəmiyyətdə mövqe tutan insanlarla hələ də ünsiyyətin olmaması və ona məxsus olan sağlam ambisiyaların birləşməsidir”, – deyə o bildirib.

Ryabtsevanın sözlərinə görə, bu cür davranış Nikonarın yaşından irəli gələn təkkəbbürün nəticəsidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru