Savçenko Nobel mükafatına namizəd ola bilər

12-03-2016, 23:30           
Savçenko Nobel mükafatına namizəd ola bilər
Donbasda iki rus jurnalistinin qətlində ittiham olunan keçmiş ukraynalı hərbçi Nadejda Savçenkonun Nobel mükatına namizədliyi irəli sürüləcək. “Komsomolskaya pravda” xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında bununla bağlı petisiya yerləşdirilib.

Sənəddə deyilir ki, Ukrayna Qəhrəmanı Nadejda Savçenkonun dövlət qarşısında danılmaz xidmətlərini, dünyada sülh uğrunda mübarizəyə töhfəsini böyük cəsarət nümunəsi kimi qiymətləndirmək olar.

Xatırladaq ki, Savçenko Rusiyada sui-qəsd və sərhədi qanunsuz keçməkdə ittiham olunur. İstintaqın araşdırmasına görə, Savçenko 2014-cü ildə Luqanskda Rusiya Dövlət Televiziyasının iki əməkdaşı – İqor Kornelyuk və Anton Voloşinin həlak olmasında təqsirkar bilinir. Əgər günahı sübut olunarsa, Savçenkonu 25 ilə qədər həbs cəzası gözləyir.
Qeyd etmək istəyirik ki, Rusiyada bu günki ədliyyə isteminə nəzər salsaq Savçenkanın "günah"-larının sübut ediləcəyi heç kimdə şübhə oyadmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.